Azərbaycanda son 10 ilin ən isti oktyabrı yaşanır

Azərbaycanda son 10 ilin ən isti oktyabrı müşahidə edilir. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. M.Həsənovun sözlərinə görə, hazırkı isti hava şəraiti Azərbaycanda sonuncu dəfə 2006-2007-ci illərin oktyabr ayında müşahidə edilib: "Həmin ildə də oktyabrda havanın temperaturu demək olar ki, builki həddə olub". Mütəxəssis hazırda mülayim hava şəraitinin müşahidə edilməsinin səbəbini ölkə ərazisində cənub istiqamətli hava kütlələrinin hakim olması ilə izah edib: "Oktyabr ayının əvvəllərində də belə bir proqnoz verildi ki, bu ay orta temperatur normadan 1-2 dərəcə yüksək olacaq. Belə hava şəraiti təqribən oktyabrın 26-27-dək davam edəcək. Hazırkı mülayim hava şəraiti oktyabr üçün səciyyəvi deyil". Qeyd edək ki, Azərbaycanda ötən həftənin sonlarından isti hava şəraiti müşahidə edilir. Sinoptiklərin verdiyi məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 21-24, rayonlarda 22-27 dərəcə isti olacaq.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










