Azərbaycanda toy karvanları qadağan olunur?

“Toy karvanları Azərbaycan cəmiyyətində uzun illərdir müşahidə olunan bir adətdir, lakin müasir şəhər həyatında bu adət ciddi problemlər yaradır. Küçələrdə uzun avtomobil karvanlarının hərəkəti tıxaclara səbəb olur və ictimai nəqliyyatın işini çətinləşdirir”.
Bunu avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.
O əlavə edib ki, sürücülərin karvanda təhlükəli manevrlərə yol verməsi, qəfil sürətlənmə və ya sürəti azaltma halları qəza riskini artırır:
“Əslində toy sevincini paylaşmaq gözəldir, amma bu zaman başqalarının təhlükəsizliyi və rahatlığı pozulmamalıdır. Bir çox ölkələrdə bu cür karvanlara ya məhdudiyyət qoyulur, ya da tamamilə qadağan edilir. Azərbaycanda da bu istiqamətdə maarifləndirmə və inzibati tədbirlər vacib görünür. Çünki toy karvanlarının yaratdığı səs-küy, qayda pozuntuları və təhlükəsizlik riski ictimai narazılığa səbəb olur.
Ən yaxşı halda bu ənənə daha sivil formada davam etməlidir. Dövlətin də yol hərəkəti qaydalarının pozulmasına qarşı cərimələri sərtləşdirməsi məqsədəuyğundur. Vaxt keçdikcə belə adətlər öz aktuallığını itirməlidir, çünki şəhər mədəniyyəti daha çox intizam və qayda tələb edir. Toy karvanları nə qədər emosional dəyərə malik olsa da, təhlükəsizlik hər zaman birinci yerdə dayanmalıdır. Buna görə də məhdudiyyətlər həm zəruri, həm də qaçılmazdır”.(yenisabah)
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












