Azərbaycanda ucuz yanacaq istehsal olunacaq - VİDEO

Azərbaycanda yüksək oktanlı yanacaqların istehsalı ilə bağlı tədbirlər həyata keçirilir. Avtosfer.az xəbər verir ki, bu çərçivədə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yenidənqurma işləri sürətlə davam edir. Görüləcək işlərdən sonra benzin ilə yanaşı, "Avro -5" standartına cavab verən dizel də ölkəmizdə istehsal olunacaq.
Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov açıqlamasında artıq bu yanacaqların istehsal tarixinin bəlli olduğunu deyib. İndiki mərhələdə Bakı Neft Emalı Zavodundakı layihələndirmə və mühəndislik işləri yekunlaşıb. Hazırda tikinti və icra işləri həyata keçirilir. Yaxın zamanda bitum qurğusu da istifadəyə veriləcək.
Hazırda ölkədə yanacağa olan tələbatın 95 %-i SOCAR tərəfindən qarşılanır. Qalan 5 %-lik hissəni isə yüksək oktan ədədli yanacaqlar tutur ki, bu məhsullara da tələb böyük olmadağından idxal edilir. Amma zavodda aparılan yenidənqurma işlərindən sonra yüksək oktan ədədli yanacaqlar da ölkəmizdə istehsal olunacağından idxala ehtiyac qalmayacaq.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










