Azərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur

Azərbaycanda bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur.
Avtosfer.az-ın məlumatına görə, 1950-ci il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Gününün BMT Baş Assambleyası (BA) tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunmuş "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu tarix Azərbaycanda da qeyd edilir.
Qeyd edək ki, bu bayramla yanaşı BMT BA tərəfindən hər il noyabrın 20-də Ümumdünya Uşaqlar Günü də qeyd olunur. Ümumdünya Uşaqlar Günü 1954-cü ildə BMT BA-nın qətnaməsində 1956-cı ildən başlayaraq bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd edilib.
Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə prezident İlham Əliyev 2008-ci il dekabrın 22-də sərəncam imzalayıb. Həmin sərəncamla 2009-cu il "Uşaq İli" elan edilib.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












