Azərbaycanda uzunömürlülərin sayı azalıb

Azərbaycanda bəzi yaş qrupları üzrə əhalinin sayı açıqlanıb. Avtosfer.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2018-ci ilin əvvəlinə respublikada 70 və yuxarı yaşda olan 385,9 min nəfər yaşayıb: “Onlardan 157 mini kişilər, 228,9 mini qadınlardır. 80 və yuxarı yaşda olanlar 137,9 min nəfər təşkil edir ki, onun 54,3 mini kişilər, 83,6 mini qadınlardır. Həmçinin 90 və yuxarı yaşda olanların sayı 12,3 min nəfərdir. Bu yaş qrupundan kişilərin sayı 4,4 min nəfər, qadınların sayı isə 7,9 mindir”.
R.Süleymanovun açıqladığı rəsmi statistikaya əsasən, ölkədəki 100 və yuxarı yaşda olanların sayı azalıb: “Belə ki, bu yaş qrupuna aid olan insanlar 7 min nəfərdir ki, onların da 200 nəfəri kişilər, 500 nəfəri qadınlardır”.
Xatırladaq ki, yaşı 100-dan çox olanlar 2017-ci ildə 683 nəfər (535 qadın, 148 kişi), 2016-cı ildə 626 nəfər (530 qadın, 96 kişi), 2015-ci ildə 619 nəfər (547 qadın, 72 kişi), 2014-cü ildə 669 nəfər (635 qadın, 34 kişi), 2013-cü ildə 838 nəfər olub (814-ü qadın, 24-ü kişi) olub. 2017-ci ildə yaşı 100-dən çox olanların 50-si Bakıda, 9-u Abşeron iqtisadi rayonunda , 44-ü Gəncə-Qazax iqtisadi rayonunda, 15-i Şəki-Zaqatala iqtisadi rayonunda, 17-si Lənkəran iqtisadi rayonunda, 7-si Quba-Xaçmaz iqtisadi rayonunda, 36-sı Aran iqtisadi rayonunda, 69-u Kəlbəcər-Laçın iqtisadi rayonunda, 9-u Dağlıq Şirvan iqtisadi rayonunda, 44-ü Naxçıvan Muxtar Respublikasında yaşayıb.
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO










