Azərbaycanda yeni qızıl yataqları tapılıb - VİDEO

Azərbaycanda yeni qızıl yataqları tapılıb. Avtosfer.az-ın məlumatına görə, "Azergold" Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədr müavini Oqtay Məmmədov bildirib ki, ölkənin qızıl ehtiyyatı kifayət qədərdir və sənaye miqyaslıdır. Bu ehtiyatlar iqtisadi səmərəlilik baxımından yüksək qiymətləndirilir. Aparılan geoloji kəşfiyyat işləri nəticəsində yeni qızıl yataqları da aşkarlanıb.
Bu il ərzində Naxçıvandakı yataqda buruqqazma və resursların qiymətləndirilməsi işləri aparılacaq. "Azergold" Qapalı Səhmdar Cəmiyyəti təkcə qızıl və gümüş yox, digər əlvan metalların da kəşfiyyatı və istismarı ilə məşğuldur. Bu istiqamətdə də xeyli yeni yataq tapılıb.
Naxçıvandakı qızıl yatağında mis də mövcuddur. Bundan əlavə, Şəmkirdə tapılan və "Qaradağ" adlandırılan mis yatağında da qiymətləndirmə işləri aparılacaq.
Oqtay Məmmədovun sözlərinə görə, həm Böyük, həm də Kiçik Qafqaz silsiləsində aktiv geoloji kəşfiyyat işləri davam etdirilir və yüksək nəticələrin əldə edilməsi gözlənilir.
Paşinyan Əliyevdən hansı məsələdə kömək istəyib? - DETALLAR
Görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Bu küçə təmir işləri ilə əlaqədar 3 gün bağlı olacaq
Prezident və xanımı sərgilərlə tanış oldu - FOTOLAR
Paytaxtın bu yollarında sıxlıq var - SİYAHI
Elektron xidmətlərin inkişafı dövlət idaarəçiliyini optimallaşdırır - İQTİSADÇI EKSPERT
Dünyada tüğyan edən yalan xəbər mühiti: Cəmiyyət niyə dezinformasiyaya inanır? – MÜTƏXƏSSİS RƏYİ
Bakı funikulyorunun 66 yaşı tamam olur - FOTOLAR
Meloninin Bakıya gəlməsi Azərbaycana nə qazandıracaq? - EKSPERT
Sürücülərin NƏZƏRİNƏ: Bakıda xüsusi zolaqlara daxil olanlar CƏRİMƏLƏNƏCƏKLƏR
Bu yolda sürücülər üçün ciddi təhlükə - Təkərlər cırılır – VİDEO










