Azərbaycanda yük maşını və avtobus yığımı bazara necə təsir edəcək? - İQTİSADÇI

Azərbaycanda traktor və minik avtomobili istehsalı azalıb, yük avtomobilləri və avtobus istehsalı isə artıb. Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlər ölkənin avtomobil və kənd təsərrüfatı texnikası istehsalında fərqli dinamikanın müşahidə olunduğunu göstərir.
Avtosfer.az xəbər verir ki, 2026-cı ilin yanvar–may aylarında traktor və minik avtomobili istehsalında azalma qeydə alınsa da, yük avtomobilləri və avtobus istehsalında əhəmiyyətli artım baş verib. Bəs, fərqli dinamikanın səbəbləri nədir və istehsaldakı dəyişikliklər bazara necə təsir göstərə bilər?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, ölkədə avtomobil istehsalından danışmaq üçün istehsalın müəyyən meyarları olmalıdır:

"Yəni avtomobilin ən azı əsas hissələrinin müəyyən bir qismi ölkədə istehsal edilməlidir. Bütün detalların yerli istehsalı vacib deyil, lakin istehsal zəncirinin əhəmiyyətli hissəsi ölkədə həyata keçirilməlidir. Hazırda isə Azərbaycanda avtomobil istehsalı deyil, yalnız avtomobil yığımı mövcuddur. Yığılan avtomobillərin də bazara ciddi təsiri yoxdur. Onların bazardakı payı təxminən 1-2 faiz təşkil edir. Müxtəlif vaxtlarda Özbəkistan, Gəncə və Naxçıvanda avtomobil yığımı həyata keçirilsə də, bu istehsal həcmi bazarın formalaşmasına təsir edəcək səviyyədə deyil. Hökumət də yerli yığımı stimullaşdıracaq vergi güzəştləri tətbiq etmir. Son dövrlərdə isə istehlakçıların daha çox Çin istehsalı olan avtomobillərə maraq göstərdiyi müşahidə olunur. Azərbaycanda avtomobil istehsalından deyil, yalnız yığımından danışmaq olar. Bu səbəbdən də yerli yığımın bazara, qiymətlərə və ya istehlakçı davranışına ciddi təsir göstərdiyini demək doğru olmaz".
İqtisadçı qeyd edib ki, minik avtomobillərinin yığımının azalmasının əsas səbəblərindən biri tələbatın zəifləməsidir:
"Çünki hibrid və elektrik mühərrikli avtomobillərə tətbiq edilən ƏDV güzəşti 2025-ci ilin sonunadək qüvvədə olduğundan, bir çox vətəndaş avtomobil alışını əvvəlki dövrə çəkdi. Nəticədə ötən il avtomobil idxalı və satışı əhəmiyyətli dərəcədə artdı. Hazırda isə həmin yüksək tələbatın azalması yığım həcmlərinə də təsir göstərir".
Fatimə
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












