Azərbaycandan Ermənistana keçən 6 nəfər həbs olundu - VİDEO

Azərbaycan tərəfdən Ermənistan sərhədini qeyri-qanuni yolla keçən 6 Banqladeş vətəndaşı həbs edilib. “Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, hadisə mayın 8-də gecə saatlarında baş verib. Şübhəli şəxslər iş axtarmaq üçün İran ərazisi vasitəsilə Türkiyəyə yollanmaq istədiklərini, lakin yolu azaraq Ermənistana gəlib çıxdıqlarını bildiriblər. Ermənistanın dövlət sərhədini qeyri-qanuni keçməkdə ittiham olunan Banqladeş vətəndaşları barəsində qətimkan tədbiri kimi həbs qərarı verilib.
Qeyd olunur ki, bu şəxslərin şəxsiyyətlərini öyrənmək və onların ifadələrinin etibarlılığını, sərhədlərin pozulmasının əsl səbəblərini və onların radikal və terrorist qruplarla əlaqəsini müəyyən etmək üçün əməliyyat-axtarış və istintaq hərəkətləri aparılır.
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI










