Azərbaycandan gedən yük maşınları Dağıstanda saxlanıldı - VİDEO

Azərbaycandan Rusiyaya gedən yük maşınları 4 gündür ki, bu ölkənin gömrük xidməti tərəfindən Dağıstan ərazisində saxlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya sürücülər məlumat veriblər. Onlar bildirirlər ki, maşınlar Dağıstan ərazisindəki gömrük terminalından buraxılmır. Təxminən 150-ə yaxın yük maşını içi dolu yüklə gömrükdə qalıb. Sürücülər deyirlər ki, onlar Azərbaycandan alma, xiyar-pomidor, göyərti və digər kənd təsərrüfatı məhsullarını Rusiya bazarlarına aparırlar. Ancaq gömrük rəsmiləşdirilməsi aparılmır və heç bir səbəb göstərilmir. “Artıq bəzi sürücülərin yanacaqları da tükənmək üzrədir. Yük maşınlarında olan məhsul xarab olmasın deyə soyuduculardan istifadə olunur və buna görə də yük maşınları gecə-gündüz işlək vəziyyətindədir. Bizə bununla bağlı heç bir açıqlama vermirlər, nə gedə bilirik, nə də ki geriyə qayıda bilirik”.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












