Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI

Ermənistanın nəqliyyat naziri Davit Xudatyan Ermənistanın hava məkanını “sülhün kəsişmə nöqtəsi” adlandırıb. Lakin paylaşdığı xəritə regiondakı hava tranzitinin real mənzərəsi ilə bağlı fərqli təsəvvür yaradır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev Azərbaycanın hava məkanının tranzit uçuşlar baxımından artan əhəmiyyətinə diqqət çəkib.

Ekspert bildirib ki, 2021-ci ildən etibarən Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşların sayı 360 faiz artıb. Hazırda Azərbaycan hava məkanından ay ərzində təxminən 18 min tranzit uçuş həyata keçirilir, sutka ərzində isə ümumilikdə 1000-dən çox hava gəmisinə xidmət göstərilir.
Rauf Ağamirzəyev qeyd edib ki, son geosiyasi proseslər Azərbaycanın hava məkanının strateji əhəmiyyətini daha da artırıb. 2026-cı il 28 fevral–10 mart tarixlərində Baku FIR üzrə tranzit uçuşların sayı bəzi günlərdə 815-ə çatıb.
“Xəritədə də aydın görünür ki, regionun ən intensiv hava tranzit axınlarından biri Türkiyə–Gürcüstan–Azərbaycan–Xəzər dənizi–Mərkəzi Asiya istiqamətində formalaşıb. Bu, Azərbaycanın artıq Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və daha geniş Asiya məkanını birləşdirən mühüm hava tranzit qovşaqlarından birinə çevrildiyini göstərir”, – deyə ekspert vurğulayıb.
Rauf Ağamirzəyev Ermənistanın hava məkanı ilə bağlı səsləndirilən fikirlərlə xəritədə əks olunan real tranzit axınları arasında fərqə də diqqət çəkib.
“Bəzən paylaşdığın xəritə yazdığın mətndən daha çox şey danışır”, – deyə nəqliyyat eksperti bildirib.
Eltac Zülfüqaroğlu
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?












