Azərbaycanın İrandakı səfirliyi ölkəyə qayıtmaq istəyən vətəndaşlara bildiriş ünvanladı

Azərbaycanın İrandakı səfirliyi ölkəyə qayıtmaq istəyən vətəndaşlara bildiriş ünvanlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"İran İslam Respublikasından Azərbaycan Respublikasına həyata keçirilməsi nəzərdə tutulan sərnişin təyyarə reyslərinin ləğv edilməsi ilə əlaqədar hazırda İranda olan Azərbaycan vətəndaşlarının nəzərinə!
Azərbaycana qayıtmaq üçün aviabilet əldə etmiş və reyslərin ləğv edilməsi səbəbindən ölkəyə qayıda bilməyən Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycanla İran arasında fəaliyyət göstərən quru yolu sərhəd-keçid məntəqələri vasitəsilə qayıdışına köməklik göstərilməsi və qayıdışın təmin edilməsi üçün vətəndaşlarımızdan Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə və ya Təbriz şəhərindəki baş konsulluğuna müraciət etmələri xahiş olunur", - bildirişdə qeyd olunub.
Bildirilib ki, İran aviaşirkətlərindən Azərbaycana bilet alan Azərbaycan vətəndaşlarının biletlərinin qaytarılması üçün həmin aviaşirkətlərin satış məntəqələrinə müraciət etmələri tövsiyə olunur:
"Əlavə məlumat və dəstək üçün: Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin qaynar xətt nömrələri: +989018845531 +989055230107 +982122596303.
Azərbaycan Respublikasının Təbriz şəhərindəki baş konsulluğunun qaynar xətt nömrələri: +989144721410 +984133334802", - bildirişdə deyilir.
Xatırladaq ki, İran aviaşirkətləri tərəfindən Azərbaycana həyata keçirilən uçuşlar müvəqqəti dayandırılıb.
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO












