"Azərbaycanın yeni rəqəmsal arxitekturası" vahid fəaliyyət planı dörd sütun üzərində qurulub" - Nazir

"Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planı dörd sütun üzərində qurulub.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin sədrliyi ilə bu gün keçirilmiş vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.
"Dünya praktikası, ölkəmizin hazırkı vəziyyəti və qarşısında duran yeni çağırışlar nəzərə alınmaqla texnoloji inkişafımızı irəlilədəcək ilkin fəaliyyət planı hazırlanıb. Bu fəaliyyət planı dörd sütun üzərində qurulub: birincisi, rəqəmsallaşma və rəqəmsal transformasiyanın sürətləndirilməsi. İkincisi, süni intellekt və süni intellekt həllərlə bağlı dövlət müəssisələrində və eyni zamanda, özəl şirkətlərdə bunun geniş tətbiqi. Üçüncü məsələ, innovasiya ekosistemi. Əgər rəqəmsallaşmanı düzgün ediriksə, süni intellekt həllərimiz varsa, biz innovativ ekosistemi elə bir şəraitdə yaratmalıyıq ki, özəl şirkətlər bunun ətrafında əlavə dəyər yarada bilsinlər. Sonda da bütün bunları yaratdıqdan və virtual mühitə keçdikdən sonra bizim əsas çağırışımız kibertəhlükəsizliklə bağlı olacaq. Bunlar fəaliyyət planının əsas fokus hissəsini mümkün edəcək 4 amil üzərində qurulub. İlkin olaraq insan kapitalı, ikincisi, mövcud infrastrukturun yenilənməsi və genişləndirilməsi, üçüncüsü, qanunvericiliyimizin müasir tələblərə uyğunlaşdırılması və dördüncüsü isə idarəetmə proseslərinin çevik olmasıdır", - deyə o qeyd edib.
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












