Azərbaycanla Türkiyə arasında reyslərin sayı 3 dəfə arta bilər

Azərbaycanla Türkiyə arasında həyata keçirilən reyslərin sayı 3 dəfə arta bilər. Trend bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, Türkiyədə keçirilmiş aviasiya üzrə beynəlxalq konfransda hər iki ölkənin nümayəndə heyətləri bu məsələ ilə bağlı təkliflər mübadiləsi apararaq Protokol layihəsini tərtib ediblər.
Son qərarın verilməsi və Protokolun imzalanması Azərbaycanla ilə Türkiyə mülki aviasiya orqanları arasında milli avaişirkətlərin iştirakı ilə ikitərəfli məsləhətləşmələrin keçirilməsindən sonra ən yaxın zamanda baş tuta bilər.
Qeyd edək ki, hazırda iki ölkə arasında həftədə 150-yə yaxın reys həyata keçirilir, yay vaxtı isə reyslərin sayı həftədə 190-dək artırırılır.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












