Azərbaycanlı biznesmen Rusiyada güllələndi

Rusiyanın Sankt-Peterburq şəhərinin Nevsk rayonunun polisi azərbaycanlı iş adamına qarşı hücumu araşdırır. Hücumda iş adamının həmyerliləri olan 2 qardaş şübhəli bilinir. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı regionun daxili işlər orqanlarından məlumat verilib. Hadisə oktyabrın 25-də Narodnoy küçəsində baş verib. Zərərçəkmişin sözlərinə görə, ona iki gənc oğlan yaxınlaşıb. Cinayətkarlar travmatik silahdan iş adamına 4 dəfə atəş açıblar. Güllələr azərbaycanlı biznesmenin sinəsindən dəyib. Bundan sonra cinayətkarlar iş adamının avtomobilinə əyləşib və aradan çıxıblar. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır. Polis 27 və 29 yaşlarında olan iki azərbaycanlını axtarır. Məlumdur ki, onlar iki qardaşdır və Peterburqda qanunsuz yaşayır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












