Azərbaycanlı biznesmen şantajçını güllələdi

Ukrayna məhkəməsi şantajçını onun silahından güllələyərək, özünü qoruyan azərbaycanlı iş adamı ilə bağlı qərar çıxarıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, özünümüdafiə sərhədini aşdığına görə o, ictimai işlərə cəlb edilib. Qanlı dava Novıy Melitopoldakı hündürmərtəbəli binanın həyətində baş verib. Hadisə günü səhər saatlarında iş adamına şəriki zəng edib və ondan zorla pul almaq istədiyini bildirib. İş adamı kartof satışı ilə məşğul olub. O, evinin qarşısında pul tələb edən şəxsi görüb. Bundan sonra tərəflər arasında dava düşüb. Şantajçı cibindəki “Makarov” tapançasını çıxarıb və onun ayağına atəş açıb. Cinayətkarın əlindən silahı aldıqdan sonra iş adamı onun cibindən qumbara çıxardığını görüb. O, hər kəsi partlatmaqla hədələyib. Bunun qarşısını almaq üçün iş adamı şantajçının silahından onun ayağına beş dəfə atəş açıb. Yaralılar xəstəxanaya aparılıb. Şantajçı orada keçinib. Onun ölümünə xəstəxanaya hadisədən üç saat sonra çatdırılması səbəb olub. Şantajçının həyat yoldaşı məhkəmədə verdiyi ifadədə bildirib ki, o, hadisə günü əri və qardaşı ilə birlikdə bazarda olub. Bu zaman iki maşın yaxınlaşıb və orada olan səkkiz nəfər ərini döyüb. Onlardan biri silahdan ərinin ayağına atəş açıb. Ancaq hakimlər onun sözlərinin heç bir sübutunu tapmayıblar. Şahidlərin sözlərinə görə, ölən şəxs özünü “şəhərin sahibi” hesab edib, həmişə silahla gəzib və azərbaycanlı satıcılardan pul tələb edib. Onlar qorxduqları üçün pulu verirdilər. İttiham olunan şəxs əməlini etiraf edib. O bildirib ki, heç kimi öldürmək məqsədi olmayıb və yalnız özünü qoruyub. Məhkəmənin qərarı ilə o, 150 sutkalıq ictimai işlərə cəlb edilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












