Azərbaycanlı dəyənəklə sürücünü döydü - Sankt-Peterburqda

Sankt-Peterburqda Aleksandr Nevski körpüsünün üstündə iki sürücü arasında döyülmə ilə müşayiət olunan münaqişə baş verib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, insident avqustun 13-də, saat 13:00 radələrində baş verib. Bildirilir ki, “Chevrolet Lanos” avtomobilinin 32 yaşlı sürücüsü ilə “VAZ 2109” avtomobilinin sahibi olan azərbaycanlı arasında münaqişə baş verib. “09”un sürücüsü söhbət etmədən dərhal maşındakı dəyənəklə “Chevrolet Lanos” avtomobilinin sürücüsünün başına zərbə endirib. Körpüdəki kamera qeydlərinə əsasən müəyyən edilib ki, hadisəni törədən 22 yaşlı Azərbaycan vətəndaşıdır. Hazırda onun saxlanılması istiqmətində əməliyyat tədbirləri həyata keçirilir. “Chevrolet Lanos” avtomobilinin sürücüsü isə aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












