Azərbaycanlı gənclər silahlı hücuma məruz qalıb

Polşada paytaxt Varşavanın Belvederska küçəsi yaxınlığında bir qrup azərbaycanlı tələbələr aralarında milliyətcə erməninin olduğu bir qrup yerli gənclərin soyuq silahlı hücumuna məruz qalıb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azərbaycanlı tələbələrdən 1998-ci il təvəllüdlü Qobaçov Qurban və 2000-ci il təvəllüdlü Hüseynov Roman xəsarət alıblar. Hadisəyə səbəb axşam saatlarında yerli klubların birindən içkili halda çıxan dəstənin azərbaycanlı gənclərlə mübahisə etməsi olub. Mübahisə zamanı qarşı dəstədən bir gənc erməni olduğunu və azərbaycanlılara nifrət etdiyini bağırıb. Mübahisə zəmnində qarşı tərəfin azərbaycanlıları söyüşlə təhqir etməsi əlbəyaxa davaya çevrilib. Dava zamanı azərbaycanlı tələbələri "beşbarmaq" adlanan soyuq silahlarla yaralayan dəstə üzvləri hadisə yerindən qaçıblar. Yaralanan azərbaycanlı gənclərin vəziyyəti hazırda normaldır.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










