Azərbaycanlı məktəblilər dron hazırlayıb - VİDEOREPORTAJ

Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA- Azerbaijan Robotics Engineering Academy) üzvü olan məktəblilər "Mən pilotam" adlı dron hazırlayıb. Avtosfer.az xəbər verir ki, layihə barədə "Report"a məktəblilərdən biri Emin Bayramov məlumat verib. Onun sözlərinə görə, 4 pərdən və 4 motordan ibarət dron 10 metr hündürlüyə qədər qalxaraq 5 dəqiqə uça bilir. "Mən pilotam" cihazı 3D printer vasitəsilə hazırlanıb. Onun maraqlı xüsusiyyətlərindən biri rəngini dəyişə bilməsidir. Yəni dron bir neçə rəngdə ola bilir. Hazırda onu çəkisi 50 qramdır. Bu rəqəm 100 qrama çatdırıla bilər. Amma çəki nə qədər az olsa onun uçma məsafəsi o qədər uza uzaq, sürəti isə yüksək olar", - deyə E.Bayramov qeyd edib. AREA rəsmisinin sözlərinə görə, hazırda qurğunu enerji ilə litium batareyası təmin edir: "Bu növ batareyalardan uzun müddət və rahat istifadə etmək mümkündür. Batareyanın yanında “bluetooth connector” yerləşdirilib. Bunun vasitəsilə dron pultla əlaqələndirilir".
Bununla belə, məktəbli deyib ki, gələcəkdə dronu alternativ enerji mənbələri ilə qidalandırmaq niyyətindədirlər: “Dronun pərlərinin üst hissəsini günəş panelləri bağlamaq və litium batareya ilə birlikdə onlardan da uçuş müddətini 2-3 dəfə artırmaq istəyirik. Bu, daha nazik günəş panelləri olmalıdır, çünki ağırlıq məsələsinə nəzarət etməliyik”.
AREA Azərbaycanda dron yarışları keçirib, onun qalibini Cənubi Koreyada keçiriləcək dünya çempionatına göndərməyi düşünür. Bu arada, Akademiyanın müəllimləri çəkisi 1 kq olan yeni robot yığıb. Tələbələr onu “7-ci müəllim” adlandırır. "Bu robot çoxfunksiyalıdır. Onun yığılması 6 aydan çox vaxt aparıb. Yığım prosesində ümumilikdə 12 motordan istifadə edilib. Robot Azərbaycan və Koreya dillərində salamlama qabiliyyətinə malikdir. Kodlaşma vasitəsi ilə onun funksiyalarını artırmaq mümkündür”.
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ
Forumun uğurlu davam etməsinə həm də əhali dəstək olur – Tanzaniyalı turist - FOTO
Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ
Əli Əsədovdan dəmiryolu ilə Gürcüstana gedəcək vətəndaşlarla bağlı QƏRAR
Forum bir sıra fikirlərin cəmiyyətə çatdırılmasında körpü rolu oynayır – CƏSARƏT HÜSEYNZADƏ - FOTO
WUF13-də səsləndirilən problemlər bütün ölkələrdə yaşanır – Afrikalı qonaq - FOTO
Putin Trampın ardınca Çinə niyə gedib? – POLİTOLOQ AÇIQLADI
Taksi dayanacağını “parkinq”ə çevirən sürücülər narazılıq yaratdı - VİDEO








