Azərbaycanlı milyarder oğlunun avtomobili "Rent A Car" maşını çıxdı - FOTO

Ən varlı azərbaycanlı milyarderlərdən biri hesab olunan Vaqif Məmişov oğluna 2 milyon manata yaxın qiyməti olan avtomobil hədiyyə etməsi ilə bağlı xəbərlər mətbuatda yer alıb. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, yazılanlara görə, 19 yaşlı Rasim Məmişov 3 ildir arzusunda olduğu 900 min avro (1 778 580 manat) qiyməti olan "Lamborghini Aventador" avtomobilinə qovuşub. Bu xəbərlərin yayılmasına səbəb oliqarx oğlunun sosial şəbəkədəki paylaşımı olub. O, "3 il öncə "bu maşından istəyirəm", yazmışdım və sonda ona qovuşdum" şərhi ilə avtomobilin görüntülərini sosial şəbəkədə paylaşıb. Sözügedən avtomobil əslində "Rent A Car"dan icarəyə götürülüb. Tez-tez Dubaya səfər edən Rasim "Lamborghini Aventador"i orada kirayələyib. Avtomobilin icarəsi üçün 10 000 dirhəm (təxminən 5 000 AZN) depozit ödənilməlidir. Bir günlük icarə haqqı isə 5500 dirhəmdir (təxminən 2500 AZN). Qeyd edək ki, 19 yaşlı Rasim digər oliqarx həmyaşıdları kimi lüks həyat tərzi ilə tez-tez gündəmə gəlir. Onu da bahalı əyləncələr, avtomobillər, gözəl qızlar özünə cəlb edir.

Rusiyanın "Konrad" Şirkətlər Qrupunun prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov Masallı rayonunda anadan olub. Sərvəti milyardı ötən 58 yaşlı iş adamı öz adını "Forbes"in milyarderlər siyahısına yazdırıb. Eyni zamanda Rusiya Prezidentinin səlahiyyətli numayəndəsi yanında İqtisadi Ekspert Şurasının üzvüdür. Yəni Rusiyanın iqtisadi baxımdan idarə olunması prosesində də yaxından iştirak edir. Vaqif Məmişovun iki qızı və bir oğlu var. Hər üçü Rusiyada yaşayır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












