Azərbaycanlı oliqarxın “200” nömrəli qardaşı oğlunun lüks həyatı – FOTO

“Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovun ailə üzvlərinin lüks həyatı hər kəsə məlumdur. Avtosfer.az minval.info-ya istinadən xəbər verir ki, milyonçunun oğlu və qardaşı uşaqları bahalı maşınları sevir. Amma onların sevgisi təkcə avtomobillə kifayətlənmir. Belə ki, işləmədən pul “qazanan” oliqarx övladları göstərişi həddindən artıq sevirlər. Bu sevgilərini villalarının, avtomobillərinin, lüks həyatlarının fotolarını paylaşmaqla maksimum şəkildə göstərirlər. Deyəsən gənc milyonçular 200 rəqəmini də çox sevirlər. Elə buna görə də, 10 VK 200, 10 VV 200, 10 UU 200, 10 EA 200, 10 DR 200, 10 OX 200, 10 OV 200, 10 LN 200, 10 KO 200, 10 VO 200 dövlət nömrə nişanlı avtomobillər Axundovun ailəsinə məxsusdur. Ailənin ərköyün gənclərindən biri də Emin Əliyevdir. Emin də lüks həyatını gizli saxlamağı sevmir. Buna görə də, rahat şəkildə 450 min dollar qiyməti olan “Lamborghini Huracan” avtomobili ilə çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşır. Həmin fotolardan bəzilərini sizlərə təqdim edirik:












Qeyd edək ki, “Şərurlu İsfəndiyar”ın adı mətbuatda daim qalmaqallar da hallanıb. Bakıda tikinti sektorunda geniş paya sahib olan Axundovun şirkətlərində dəfələrlə sakinlərə məxsus mənzillərin bir neçə nəfərə satılması, alqı-satqı işləri zamanı vətəndaşalrın aldadılması məsələsi gündəmə gəlib.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












