Azərbaycanlı qadın fəal dəhşətli işgəncə - Sümüklərini qırdılar və…

İranın Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Mərənd İdarəsinin təcridxanasında işgəncələrdən sonra xəstəxanaya düşən Güney Azərbaycanın milli-mədəni fəalı Həkimə Əhmədi yenidən təcridxanaya qaytarılıb. Avtosfer.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə qadın fəalın yaxınları məlumat yayıb. Həkimə Əhmədinin səhhəti barəsində hansı qərarı veriləcəyi məlum deyil. Fəalın hansı ittiham əsasında saxlandığı da naməlumdur. Həyat yoldaşı Məhəmmədrza Qurbani ötən günlərdə iki video yayaraq Həkimə Əhmədinin ETTELAAT-ın təcridxanasında döyüldüyünü, işgəncə nəticəsində iki qabırğa sümüyünün qırıldığı və barmaqlarının yaralandığını bildirmişdi. Onun sözlərinə görə, ETTELAAT əməkdaşları oktyabrın 18-də evə basqın edərək, Həkimə xanımı saxlayaraq naməlum istiqamətə aparıblar. Fəalın ailə üzvlərini təhdid edən kəşfiyyatçılar axtarış apardıqdan sonra evdən 2 kompüter, 3 mobil telefon və bir neçə mobil telefon nömrəsini götürüblər. Həkimə Əhmədi İranın ümumtəhsil müəssisələrində Azərbaycan dilinin tədrisi ilə bağlı fəaliyyət göstərir. İki uşaq anası olan fəal tanınmış sosioloqdur.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












