Azərbaycanlı səfirin oğlu həbs edildi

Belarusun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin (MCMBİ) əməkdaşları azərbaycanlı diplomatın oğlunu həbs edib. 27 yaşlı Emil Osmanov qanunsuz bank fəaliyyətində ittiham edilir.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, Osmanov Minskə Vyanadan gəlib və onu burada “Toyota Camry”markalı avtomobildə şəxsi sürücüsü gözləyib.
MCMBİ əməkdaşları Rusiya ilə sərhədi keçən zaman onu yaxalayıb və Peterburqa gətiriblər.
İstintaq məlumatına əsasən, 27 yaşlı Emil Osmanov pul vəsaitlərinin nağdlaşdırılması sxeminin təşkilatçısıdır.
Bildirilib ki, hər ay bir qrup hüquqi şəxs tərəfindən nəzarət edilən hesablar vasitəsilə 150 milyon rubla qədər pul göndərilirdi.
Rusiya Cinayət Məcəlləsinin 172-ci (“Qanunsuz bank fəaliyyəti”) maddəsi üzrə cinayət işi Peterburqun Tsentralnı rayonunun polis idarəsi tərəfindən 2018-ci ilin may ayında başlanıb.
Emil Osmanov Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun oğludur.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












