Azərbaycanlı sürücülərin qanlı davasının detalları ortaya çıxdı

Uzaq məsafələrə yük avtomobili sürən azərbaycanlıların münasibəti romantik başlasa da, kriminalla başa çatıb. Söhbət Dağıstan Respublikasının Dərbənd şəhərinin Məhərrəmkənd rayonunda Azərbaycan vətəndaşının öldürülməsi faktının incəliklərindən gedir.
Adam spirtli içkilərin qurbanı olub. Avtosfer.az xəbər verir ki. bu barədə sputnik.az-a Azərbaycan-a Rusiya Federasiyası Dağıstan Respublikasının İstinqat Komitəsindən məlumat verilib. Dərbənddə iki Azərbaycan vətəndaşının davası ölümlə nəticələnib. İnsident dekabrın 11-də günorta saatlarında Dərbənd şəhərindəki "Viaduk" gömrük-logistika terminalının ərazisində baş verib. Qətlə yetirilən şəxsin Mingəçevir şəhər sakini Cəfər Cəfərov olduğu bildirilib. Lakin daha sonra redaksiyamıza hadisə ilə bağlı istintaq orqanlarından dəqiq informasiyalar daxil olub. İstintaq zamanı məlum olub ki, cinayət "Viaduk" gömrük nəzarəti məntəqəsindəki TIR parkında baş verib.
İnsidentdən bir qədər əvvəl yük maşınlarının sürücüləri olan Azərbaycan vətəndaşı, 1970-ci il təvəllüdlü Fərzullayev Sübhan İsgəndər oğlu Rusiya vətəndaşı olan etnik azərbaycanlı, 1968-ci il təvəllüdlü Cəfərov İrcahi Cəfərovla yeyib-içib. Onlar xeyli miqdarda spirtli içki qəbul ediblər.
Sərxoş olandan sonra kişilər arasında münaqişə başlayıb. Hadisədən sonra saxlanan Fərzullayevin sözlərinə görə, Cəfərov onu nalayiq söyüşlərlə təhqir edib.
İstintaq materiallarında qeyd olunub ki, münaqişə zamanı Fərzullayev stolun üstündəki bıçağı əlinə alaraq onu təhqir edən şəxsin sinə nahiyəsinə 3 zərbə endirib. Bıçaq zərbəsi alan şəxs hadisə yerindəcə ölüb. Fərzullayev qaçıb gizlənməyə cəhd göstərməyib və cinayətin törədildiyi yerdə saxlanılıb.
Faktla bağlı istintaq davam edir.
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?












