Azərbaycanlı sürücünün qatilinə bəraət verildi

Moskvanın Zyuzinsk rayon Məhkəməsi Azərbaycan vətəndaşı Samir Qasımovu odlu silahdan atəş açaraq qətlə yetirməkdə təqsirli bilinən Dmitri Alfyorova bəraət verib. Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, məhkəmə cinayət materiallarının dolayı faktlar əsasında tərtib olunduğunu açıqlayıb. Hələ 2016-cı ilin aprelində həbs olunan Alfyorov “Russkie” millətçi hərəkatının üzvü idi və Moskvaya silah gətirən zaman saxlanılmışdı. Ona qarşı Cinayət Məcəlləsinin 2 maddəsi ilə cinayət işi açılmışdı. Sonradan istintaq millətçi gəncin 2011-ci il aprelin 25-də taksi fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşı Samir Qasımovu da qətlə yetirdiyini açıqlamışdı. Belə ki, həmin tarixdə gecə radələrində taksi tutan Alfyorov yolda Samir Qasımovla mübahisə etmiş və Moskvanın Yujnaya Butovo rayonunda onu tapançadan atəşlə qətlə yetirmişdi. 2017-ci ilin sentyabrında “qanunsuz olaraq odlu silah əldə etmə” və “qəsdən adam öldürmə” maddələri ilə ittiham olunan Dmitri Alfyorov 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin taksi sürücüsünün qətli ilə bağlı bəraət aldığı üçün onun həbs müddəti 6 ilə endirilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












