Azərbaycanlı taksidə 10 min dollarını unutdu - VİDEO

İstanbulda istifadə etdiyi taksidə cibində 10 min dollar olan pencəyini unudan azərbaycanlı iş adamının pulları geri qaytarılıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Yenibosnada baş verib. 40 yaşlı Tahir Məmmədov taksidən enərkən pencəyini götürməyi unudub. Bir müddət sonra vəziyyəti anlayan Məmmədov taksi sürücüsünün telefon nömrəsini tapıb və onunla əlaqə saxlayıb. Sürücü Yaqub Bayıroğlu pulları sahibinə qaytarıb. “Avtomobildən düşən zaman pencəyini unudub. Düşdükdən 3-4 dəqiqə sonra mənə zəng etdi. Görüşüb, pulunu qaytardım”, - sürücü deyib. Tahir Məmmədov isə sürücüyə bu addımına görə təşəkkür edib: “Yaquba təşəkkür edirəm. Azərbaycandan gəlmişəm. Biz, əslində, bir millət, iki dövlətik. İstanbulda belə bir şeyin başıma gələcəyini bilməzdim. Ticarət işi ilə bağlı pulu yanımda götürmüşdüm. Allah ondan razı olsun. Məni çox sevindirdi”.
Bakı-Moskva qatarı bərpa olunacaq? - AÇIQLAMA
Bakı–Tbilisi qatarında bilet qiymətlərinə hansı tərəf qərar verir? - Ekspert AÇIQLADI
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət CƏDVƏLİ AÇIQLANIB
Ermənistan-Azərbaycan sərhədi nə vaxt açılacaq? - Vaxt bəlli oldu
WUF13-də QHT-lər qarşısında yeni məqsədləri müəyyənləşdirəcək – İB sədri - FOTO
Əsas magistral yollardan biri təmir olundu - SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR - FOTO
Beynəlxalq forum QHT-lər arasında əməkdaşlığın gücləndirəcək – AQİL CAMAL - FOTO
Prezident İlham Əliyevə fəxri doktor adı verildi - FOTO
Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı AÇIQLAMA
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bakının neft bumu şəhərin quruculuğuna necə təsir edib? - ARAŞDIRMA - FOTO








