Azərbaycanlı zəvvarların sonuncu qrupu Məkkəyə çatıb

Bu gün səhər saatlarında Bakıdan yola düşən sonuncu zəvvar qrupunun olduğu təyyarə Ciddə Beynəlxalq aeroportuna eniş edib. Avtosfer.az xəbər verir ki, bu barədə “Oxu.az”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib. "Beləliklə, 1150 zəvvarın hamısı Məkkəyə çatıb. Sonuncu qrup bir qədər hoteldə dincəldikdən sonra Kəbəyə ümrə etməyə yollanacaq və yekunda zəvvarlar ehramdan çıxacaqlar. Daha sonra bütün zəvvarlar həcc əməllərinin başlamasını gözləyəcəklər".
Qeyd edək ki, bu il həcc ziyarətində azərbaycanlı zəvvarlar üçün kvota 1 150 yer təşkil edib, bir nəfər zəvvar üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən olunub.
Xatırladaq ki, mayın 27-də və 28-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












