Azərbaycanlılar arasında qanlı insident: 1 ölü, 2 yaralı

Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları Nadım şəhərində silahlı insident zamanı qətl törədən iki şəxsdən birini yaxalayıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, dekabrın 1-i gündüz saatlarında şəhərdəki binalardan birinin qarşısında baş verən mübahisə zamanı iki nəfər silahlı şəxs üç şəhər sakininə atəş açıb. Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər ağır yaralanıb. Yaralılar şəhər xəstəxanasına çatdırılıb. Hüquq-mühafizə orqanları şübhəlilərin kimliyini dərhal müəyyən ediblər. Hər iki şəxs hadisə yerindən qaçmağa müvəffəq olub. Məlumatlara görə, şübhəlilərdən biri artıq həbs edilib. Ona qarşı qətl və ikidən çox şəxsə qarşı sui-qəsd maddələri ilə cinayət işi açılıb. Hadisənin təfərrüatı araşdırılır. İkinci şübhəlinin saxlanılması üçün əməliyyat davam etdirilir. “Prestupnaya Rossiya” portalı isə Nadımdakı insidentin Azərbaycandan olan avtoritetlər arasında baş verdiyini açıqlayıb. Öldürülən şəxs mütəşəkkil cinayətkar dəstənin rəhbəri olan Aqşin Həsənov, yaralılar isə qardaşlar Yalçın və Mais Məmmədovdur.
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı












