Azərbaycanlılara qarşı zorakılıq törədənlər barədə araşdırma aparılır

Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat keçirən, həmyerlilərimizə qarşı vəhşilik və zorakılıq törədən Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları barədə araşdırmalara başlanılıb.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, araşdırmalar Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə regional idarəsinin birinci şöbəsi tərəfindən aparılır.
Azərbaycanlılara qarşı törədilən zorakılıq faktları və bu zorakılıqları törədən yerli hüquq mühafizə orqanlarının əməkdaşlarının törətdiyi əməllərin təhqiqatı gedir.
Təhqiqat və aparılan araşdırmanın təfərrüatı açıqlanmayıb.
Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərə əməliyyat keçirib. Əməliyyat zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Həlak olan şəxslərin tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşları olduğu bildirilir.
Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də yaydığı bəyanatda bu qəbuledilməz zorakılıq aktının araşdırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Daha sonra Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılaraq, baş verən hadisə ilə bağlı ona kəskin etiraz bildirilib.
Qeyd edək ki, dünən Yekaterinburqda saxlanılan altı nəfərlə bağlı məhkəmə keçirilib. Onlardan üçü 22 günlük həbs cəzası alıb, qalan üç nəfər isə 3 gün müddətinə inzibati həbs edilib. Saxlanılanların heç biri özünü təqsirli bilməyib.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












