Azərbaycanlıların da olduğu gəminin ilkin batma səbəbi açıqlanıb

Qara dəniz sularında Panama bayrağı altında üzən və metal qalıqları daşıyan teploxodun ilkin batma səbəbi məlum olub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyinin ("Rosmorreçflot") mətbuat xidməti məlumat yayıb. Agentlik mütəxəssislərinin fikrincə, "Fom" teploxodunun batmasına yüklərin yerinin ştatdankənar dəyişdirilməsi səbəb olub. Bu, gəminin yan tərəfə əyilməsi və nəticədə batmasına gətirib çıxarıb. "Gəmi metal qırıntıları daşıdığından, qəzaya yüklərin yerinin ştatdankənar dəyişdirilməsi səbəb ola bilər", - deyə idarədən qeyd ediblər və bunun ətraf mühit üçün heç bir təhlükəsinin olmadığını bildiriblər. Gəmi Azov limanından yola çıxıb və sahildən 50 mil məsafədə batıb. Teploxodun bütün heyət üzvləri - altı Azərbaycan və iki Türkiyə vətəndaşı xilas edilib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












