Azərbaycanlıların yaşadığı bölgənin qubernatoru həbs olunub

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsinin sabiq qubernatoru, müxalif Vahid Milli Hərəkat Partiyasının liderlərindən olan David Kirkitadze həbs olunub. Avtosfer.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, Qurcaani Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. D.Kirkitadze vəzifə borcunu yerinə yetirən polis əməkdaşına və polis nəqliyyat vasitəsinə hücumda ittiham olunur. Onu 4 ildən 7 ilədək həbs cəzası gözləyir. O, günahkar olmadığını deyərək, saxlanılmasının siyasi qərar olduğunu bildirib.
Müdafiə tərəfi D.Kirkitadzenin girov müqabilində azadlığıa buraxılmasını tələb edib. Onun vəkili Georgi Kondaxişvili proses zamanı 27 deputatın D.Kirkitadzenin azad edilməsi xahişi ilə bağlı imzaladığı müraciəti təqdim edib.
Məhkəmə prosesi ilə yanaşı, Qurcaani Rayon Məhkəməsinin qarşısında “Güc birlikdədir” müxalif birliyinin tərəfdarları etiraz aksiyası keçirib. Məhkəmə binası qarşısına yüzlərlə polis əməkdaşı cəlb olunub. Aksiya ilə bağlı Qurcaaninin mərkəzi yolları bağlanıb.
Qeyd edək ki, D.Kirkitadze 2008-2013-cü illərdə Kvemo Kartlinin qubernatoru olub. Dekabrın 16-da Gürcüstan Prezidenti Salome Zurabişvilinin inauquraiya mərasiminin keçirildiyi Telavi şəhərinə yollanan müxalifətçilərlə polis arasında qarşıdurma baş verib. Nəticədə 10-a yaxın polis əməkdaşı xəsarət alıb.
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO










