Azərbaycanlını öldürən sürücüyə hökm oxunub - VİDEO

Rusiyanın Xabarovsk şəhərində bu ilin yanvar ayında piyada keçidində azərbaycanlını vuraraq öldürən 26 yaşlı taksi sürücüsünə hökm oxunub. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, müttəhim yol qəzasında günahkar olduğunu etiraf edib və hadisənin başverməsini evə tələsdiyinə görə "Toyota Corolla" markalı maşının sürətini artırması və tünd rəngli geyimdə olan 58 yaşlı kişini görməməsi ilə izah edib. Yerli mətbuatın verdiyi məlumata görə, mərhum pauerliftinqçi Andrey Draçyovun öldürülməsi ilə bağlı məşhur cinayət işində adı hallanan Anar Allahverənovun qohumu olub. Yol qəzasının idmançının öldürülməsinin intiqamı olması versiyası təsdiqini tapmayıb. Ancaq "Toyota Corolla"nın sürücüsünün bəzi dəlilləri saxtalaşdırdığı müəyyən edilib. Sürücü cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 3 il müddətinə azadlıqdan məhrum olunub. Mərhumun qohumları isə mənəvi və maddi zərərə görə kompensasiya tələb etməyi planlaşdırırlar. Bu məbləğə dini mərasim xidmətlərinə çəkilən xərclər də daxildir. Belə ki, mərhum dəfn edilməsi üçün vətəninə - Azərbaycana göndərilib.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












