"Azərpoçt"un filialından seyf oğurlanıb

Şirvanda oğurluq edən şəxs saxlanılıb. DİN-in Mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan Avtosfer.az-a bildirilib ki, dekabrın 11-də Şirvan şəhər sakini Kamal Bağırzadə Şəhər Polis Şöbəsinə (ŞPŞ) ərizə ilə müraciət edərək ona məxsus oyun zalından 4 ədəd oyun aparatının və ona məxsus 16 ədəd idarəetmə cihazının oğurlanması barədə məlumat verib.
Məlumatla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri Rəfael Qurbanov, Taleh Qurbanov və Amil Əliyev saxlanılıblar. Ətraflarında aparılan araşdırma zamanı onların bir neçə cinayət əməlində də iştirakının olduğu müəyyən edilib.
Belə ki, onların həmin gün "Azərpoçt" MMC -yə məxsus poçt filialından içərisində 7 ədəd “Dekoder” aparatı və 34 ədəd açıqca olan seyfi oğurladıqları və cari ilin əvvəlində bankların birinin bankomatından pul oğurlamağa cəhd etdikləri üzə çıxıb.
Həmin şəxslərdən oyun aparatları və kassa maddi sübut kimi götürülüb.
Hər üç faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF













