“Azərsu”: İstəsək də, bu vəziyyətin qarşısını tam almaq mümkün deyildi

Artıq şəhərdə yağış suları təmizlənib. Avtosfer.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib. Onun sözlərinə görə, şəhərdə vəziyyət stabilləşib: “Səhər saatlarında Bakıya yağan qısa müddətli leysan problem yaradıb. Şəhərdə yaranan xeyli suyun təmizlənməsinə xidmət edən Sahil kollektoru suyu daşıya bilmədiyi üçün onun Xəzər dənizinə çıxan təxliyə xətlərini iki yerdən açdıq. Su dənizə axıdıldı və vəziyyət stabilləşdi”. Anar Cəbrayıllı qeyd edib ki, hazırda mütəxəssislər fəsadların yaranması barədə araşdırma aparırlar: “Qısa müddətdə bu cür leysan olması nəticəsində belə problemin yaranması təbii haldır. İstəsək də, bu vəziyyətin qarşısını tam almaq mümkün deyildi. Hazırda isə şəhərdə ərazisində yaranan fəsadlar aradan qaldırılıb”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












