"Azərsu" rəsmisi: "Bu məsələlərə mən yox, Anar Nəcəfli cavab verməlidir"

Gecə saatlarından etibarən yağan yağış paytaxtın bəzi yerlərində fəsadlara yol açıb. Belə ki, Əhməd Rəcəbli və Füzuli küçələrində su yığılmaları müşahidə olunub. "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılov məsələyə aydınlıq gətirib. Qurum rəsmisi Qaynarinfo-ya açıqlamasında bildirib ki, güclü yağış əsasən şəhərin mərkəzində müşahiə olunub və gecə saatlarından etibarən "Azərsu"nun bütün briqadaları ərazilərə cəlb olunub: "Paytaxtın Nizami, Xətai, Sabunçu, Suraxanı rayonlarına çox az yağıntı düşüb, şəhərin şimal hissələrinə, Binəqədiyə, Novxanı tərəfə demək olar ki, yağış yağmayıb. Güclü yağış əsasən mərkəz tərəflərdə müşahidə olunub. Gecə saat 5-dən bizim bütün briqadalarımız, su kanal idarələrinin rəisləri ərazilərdə olublar. Demək olar ki, hər şey qaydasındadır. Elə yollar var ki, yağış barmaqlıqları yoxdur. Əgər elədirsə, buna mən yox, Anar Nəcəfli (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi) cavab verməlidir. Yağış baramaqlıqları varsa, infrastruktur qurulubsa, başqa məsələ. Məsələn, Əhməd Rəcəbli küçəsində Şəki restoranından Ziya Bünyadov prospektinə qədər olan hissədə yağış barmaqlıqları yoxdur. Həmçinin subasma olan ərazilərdən biri də Füzuli küçəsidir. Park salınanda yağış barmaqlıqları ləğv olunub. Əlavə barmaqlıqlar qoyulub, lakin kifayət qədər deyil. Həmin əraziyə əlavə yağış barmaqlıqlarının quraşdırılması ilə bağlı təklif vermişik".
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












