“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək

“AZCON Holding” şirkətlərindən olan “Aztelekom” MMC Korporativ Sosial Məsuliyyət təşəbbüsü çərçivəsində “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyini 1 il müddətinə ödənişsiz internet və telefoniya xidmətləri ilə təmin edib.
Avtosfer.az xəbər verir ki, təqdim olunan dəstək Birliyin gündəlik fəaliyyətinin daha səmərəli təşkilinə töhfə verməklə yanaşı, vətəndaş müraciətlərinin operativ cavablandırılması və göstərilən sosial xidmətlərin daha əlçatan edilməsi üçün əlavə imkanlar yaradacaq.
Bu həmçinin Birliyin həyata keçirdiyi maarifləndirici və sosial layihələrin icrasına, ailələr və uşaqlarla davamlı əlaqələrin qurulmasına töhfə verəcək.
“Aztelekom” sosial əhəmiyyət daşıyan təşəbbüslərə texnoloji dəstək göstərməklə rəqəmsal imkanların cəmiyyət üçün real faydaya çevrilməsinə töhfə verməyi hədəfləyir. Şirkət bu istiqamətdə sosial xidmətlər göstərən qurumların fəaliyyətinin gücləndirilməsini vacib hesab edir.
Məlumat üçün bildirək ki, “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İB cəmiyyətin həssas təbəqəsi olan aztəminatlı və kimsəsiz ailələrin uşaqlarına sosial xidmətlər, təhsil dəstəyi, maarifləndirici proqramlar və psixoloji yardım göstərir.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












