AzTV-nin efirində: "Radarlara qəsdən aşağı sürət qoyub sonra cərimələyirlər" - VİDEO

AzTV-də yayımlanan "Günün nəbzi" verilişində Qüdrət Həsənquliyev və Zahid Oruc qonaq olub. Avtosfer.az">Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, dövlət kanalında yayımlanan verilişdə əsas mövzu Fransada baş verən aksiyalar olub. Qüdrət Həsənquliyev Fransa dövlətinin başında duran adamın xalqın qarşısına çıxıb hesabat vermədiyini söyləyib: "Demir ki, siz nə dərəcədə haqlısız, yaxud haqsızsız. Bu onu göstərir ki, idarəetmədə də problem var".
Deputat həmçinin Fransada məqsədyönlü şəkildə radarlara aşağı sürət qoyulduğunu iddia edir: "İnsanların əsəbləri buna tab gətirmir və sürət həddini pozurlar. Bundan sonra da başlayırlar onları cərimələməyə. Hökumət çalışır ki, sadə vətandaşlardan çox vergi toplasın. Vergidən yığılan pullar isə ədaləsiz şəkildə bölünür".
Zahid Oruc isə hesab edir ki, ölkədə böyük pulların davası gedir: "Bəzi qüvvələr bu cür kampaniyalara yatırım etməklə daha sonrakı mərhələdə vergi güzəştləri əldə edirlər".
Aparıcı Rövşən Məmmədov isə Fransa prezidenti Makronun Ermənistan səfərinə vurğu edib. O bildirib ki, Makron Ermənistanda aksiya keçirən mavilərlə görüşür və hətta onlarla ayrıca bir otağa çəkilir.
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF












