Azyaşlı oğlanları zorlayan "molladan" məhkəmədə ŞOK ADDIM

Bu ilin əvvəlində Türkiyənin Konya bölgəsində özünü dini qrupun "şeyxi" kimi tanıdan və aralarında azyaşlı oğlanlarının da olduğu 7 nəfər həmcinsinə qarşı cinsi zorakılıq etdiyinə görə həbs edilmiş S.İ adlı şəxsin məhkəməsi başlayıb. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, özünü şeyx elan edən şəxsin məhkəməyə üzünü təmiz qırxmış və kostyum geyinərək gəlməsi diqqəti cəlb edib. 63 yaşlı S.İ-nin vəkili məhkəmə zalında müvəkkilinin yaşının nəzərə alınmasını tələb edib və onun günahsız olduğunu bəyan edib. Vəkil bütün ittihamların əsassız olduğunu desə də, qarşı tərəf Konya 1. Ağır Cəza Məhkəməsindən təqsirləndirilən şəxsə 49 ildən 70 ilə qədər həbs cəzası tələb edildi. Məhkəmə, şübhəlinin azadlığa buraxılması tələbini rədd edərək şahidlərin dinlənilməsi məqsdəilə məhkəməni başqa tarixə təyin edilməsinə qərar verib. Qeyd edək ki, məhkəmə iclasında sözügedən dini qrupun 20 nəfərə qədər üzvünün iştirak etməsinə icazə verilməyib. Onlar məhkəmə prosesi yekunlaşana qədər dəhlizdə gözləməli olublar.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












