"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

Bəzi minik avtomobillərini "B" kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edənlər cərimələnə bilər.
Avtosfer.az "Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət çəkisi 3.5 tondan yuxarı olan minik avtomobillərindən gedir.
Bəzi iri qabaritli nəqliyyat vasitələri minik avtomobili kimi tanınsa da, onların çəkisi fərqli kateqoriya tələbi yarada bilər. Burada əsas məsələ avtomobilin görünüşü, bazarda hansı adla təqdim olunması və ya minik avtomobili kimi qəbul edilməsi deyil. Sürücülük kateqoriyası müəyyən edilərkən əsasən iki göstəriciyə baxılır: sərnişin yerlərinin sayı və icazə verilən maksimum kütlə. Nəqliyyat eksperti Ərşad Hüseynov deyir ki, nə beynəlxalq yanaşmada, nə də yerli qanunvericilikdə bu məsələ "minik" və ya "yük" avtomobili anlayışı ilə müəyyən olunmur.
Eyni yanaşma "B" kateqoriyası üçün də keçərlidir. "B" kateqoriyası icazə verilən maksimum kütləsi 3,5 tonu aşmayan, sərnişin yerlərinin sayı isə sürücü yerindən əlavə 8-dən çox olmayan avtomobilləri idarə etmək hüququ verir. Bu hədd keçildikdə isə "B" kateqoriyası yetərli olmaya bilər.
Bu səbəbdən sürücülər iri həcmli avtomobil alarkən yalnız mühərrik həcminə, komplektasiyaya və ya görünüşə yox, texniki pasportdakı kütlə göstəricisinə də diqqət etməlidirlər.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












