Babək prospektində hərəkət məhdudlaşdırılacaq - KÖRPÜDƏ

Aparılan təmir işləri ilə əlaqədar olaraq noyabr ayının 23-dən 24-nə keçən gecədən etibarən "Yeni Günəşli" yaşayış sahəsi istiqamətində Babək prospektinin Mikayıl Əliyev küçəsi ilə kəsişməsində (Maşın bazarı) yerləşən avtomobil körpüsünə giriş məhdudlaşdırılacaq. Bu barədə Avtosfer.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) bildirilib. Məlumata görə, Babək prospektinin Məzahir Rüstəmov küçəsi ilə kəsişməsində kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar olaraq aidiyyəti qurum tərəfindən qazıntı işləri aparıldığı üçün Məzahir Rüstəmov küçəsindən alternativ olaraq istifadə etmək mümkün deyil. Bu üzdən sözügedən istiqamətdə də, yəni prospektin Məhəmməd Hadi küçəsi ilə kəsişməsinin yan yolunda, Sərhəd Xidməti Olimpiya kompleksinin qarşısından avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Qeyd edilib ki, sürücülər alternativ olaraq Məzahir Rüstəmov küçəsi çıxmaq şərti ilə, digər yollardan, daha dəqiqi Məhəmməd Hadi-Seyid Əzim Şirvani, Məhəmməd Hadi-Sarayevo və Məhəmməd Hadi-Neapol küçələrindən, Nobel prospekti-Ukrayna dairəsi, Nobel-Gəncə prospektləri və Nobel prospekti-Zığ şossesindən, həmçinin sadalanan keçə və prospektlərə birləşik olan digər yollardan istifadə edə bilərlər. “Məhdudlaşma şənbə və bazar günləri ərzində qüvvədə olacaq. Bazar ertəsi, yəni noyabr ayının 26-dan etibarən sözügedən istiqamətdə məhdudlaşma aradan qaldırılacaq.Yarana biləcək müvəqqəti narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir”,-deyə məlumatda vurğulanır.
Namiq
Eyni yola iki başlanğıc nöqtə - Yol xəritələrində xaos
ChatGPT-dən istifadə edənlərə XƏBƏRDARLIQ: İşinizi itirə bilərsiniz
Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Qüvvələrlə bağlı məlumat yaydı
Bu yollarda təmir-bərpa işləri başa çatdı
Paytaxtın bir sıra küçələrində sıxlıq müşahidə edilir - SİYAHI
Yollarda görünüş məhdudlaşacaq
Təcili yardım sürücülərinin qayda pozması ilə bağlı - TƏBİB-dən AÇIQLAMA - VİDEO
Nurgün Group dövlətə külli miqdarda borclandı - Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib?
Güclü yağış yağacaq, temperatur kəskin enəcək
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı - XƏBƏRDARLIQ
İmtahandan keçən taksi sürücülərin DİQQƏTİNƏ! - Sabahdan etibarən ...








