Babək prospektində piyada keçidləri yaddan çıxıb, yoxsa... - AÇIQLAMA

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Babək prospektində piyada keçidinin quraşdırılmaması və geridönmə xəttinin olmaması ilə bağlı yazılan ittihamlara münasibət bildirib. A.Nəcəfli “Qafqazinfo”ya bildirib ki, hər hansı layihə həyata keçirilərkən aidiyyatı qurumlarla razılaşdırılmalar aparılır: “Ola bilməz ki, 1 ilə yaxındır ki, layihə həyata keçirilsin və heç bir qurumun bundan xəbəri olmasın. Agentlik yolların yenidən qurulması, bərpası və təmiri ilə məşğul olan qurumdur. Yolların təhlükəsizliyi və təşkili ilə məşğul olan qurum deyil. Layihə həyata keçirilərkən yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə məşğul olan qurumlarla birgə razılaşdırılmış şəkildə baş verir. Babək prospektində yol xətlərinin çəkilişindən tutmuş yol nişanlarının quraşdırılmasınadək işlər aidiyyatı qurumların mütəxəssislərinin iştirakı ilə onların dediyi kimi və göstərilən ərazilərdə yol nişanları quraşdırılmaqla həyata keçirilib. Əgər hər hansı bir ərazidə piyada zolağının çəkilişi labüddürsə aidiyyəti qurumlar bunu harada göstərəcəksə bizdə icraçı qurum olaraq onu icra etməyə hazırıq. Heç kim özbaşına iş aparmır.
Bir var sağlam tənqid, bir də ki, ittiham və şər- böhtan var. Bunları bir-birilə qarışdırmaq lazım deyil. Babək prospektində yeraltı və ya yerüstü piyada keçidlərinin tikintisi nəzərdə tutulmamışdı. Burada məqsəd prospektin yenidən qurulması idi. Gələcəkdə isə hər hansı yeraltı və yerüstü piyda keçidi tikilə bilər. Bunun üçün Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının və aidiyyatı qurumların razılığı olmalıdır və vəsait ayrılmalıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bunu özbaşına həyata keçirməsi mümkün iş deyil.
Belə çıxır ki, yol polisinin heç nədən xəbəri olmayıb? 1 ildir layihə həyata keçirilir və yol polisi bu müddətdə oradan keçməyib və heç nədən xəbəri olmayıb?! Bu necə ola bilər ki? Layihə hazırlanarkən Baş Dövlət Yol Polis İdarəsi, Bakı Nəqliyyat Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi də öz razılığını bildirir”.
İrəvandan təxribat - Bakı hərəkətə keçdi
Bəzi marşrutların hərəkət sxemi dəyişdirilir
Paytaxtın 20 küçəsində sıxlıq müşahidə edilir - SİYAHI
“AzParking” əməkdaşının mülki geyimdə cərimə yazması ilə bağlı ŞİRKƏTDƏN AÇIQLAMA
Vahid Ələkbərovun şirkəti risk altında; “Lukoil”in taleyi necə olacaq? – Politoloq AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI










