Babək prospektində quraşdırılan siqnal dirəkləri sürücülərə problem yaradır - VİDEO

Babək prospektində geri dönüş nöqtələrində quraşdırılan siqnal dirəkləri sürücülərin narazılığına səbəb olub. Nisbətən böyük maşınlar həmin nöqtələrdən çətinliklə geri dönür. Bu səbəbdən kiçik qəzalar da baş verir. Yolda avtomobili ilə geriyə dönmək istəyən sürücülər böyük çətinliklə üzləşir. Xüsusən böyük avtomobillərlə geri dönüş nöqtələrindən birdəfəyə dönmək mümkün deyil. Prospektdə aparılan yenidənqurma işləri zamanı geri dönüş nöqtələrində təşkil edilən yol hərəkəti sürücülərə çətin anlar yaşadır. Sözügedən problem sürücülərin haqlı narazılığına səbəb olub. Hətta çəkiliş zamanı dönmək istəyən sürücülərdən biri digər avtomobili vurub. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, sürücülərin üzləşdiyi bu problem araşdırılacaq. Əgər həqiqətən problem olduğu təsdiqlənərsə, lazımi tədbirlər görüləcək.
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ












