Babək prospektində təmir işləri nə vaxt yekunlaşır? – Rəsmi açıqlama

10 aydır ki, təmir və yenidənqurma işlərinin aparıldığı babək prospektində işlər davam edir. İşlərin oktyabr ayının sonunda bitəcəyi deyilsə də hələ də bu prospektdə təmir işləri aparılır. Saatlarla davam edən tıxaclar Babək prospektində artıq neçə aylardır ki, adi bir mənzərəya çevrilib. Prospektdə yenidənqurma işlərinin həyata keçirilməsi əlbətdə ki, təqdirəlayiqdir. Ancaq işlərin yubadılması və vəd olunan zamanda bitirilməməsi bu yoldan istifadə edən sürücülərin qarşılaşdığı çətinliklərin daha da artmasına səbəb olub. Onu da qeyd edək ki, uzunluğu 8.7 km olan Babək prospektində təmir işlərinə 2018-cı ilinəvvəlindən başlayıb. 10 aydan çoxdurki, davam edən yenidən qurma işlərinin ən geci oktyabrın sonu bitəcəyi açıqlanmışdı. Ancaq təmir və yenidənqurma işləri hələ də davam etdməkdədir. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumun sözçüsü Anar Nəcəfli bildirdi ki, prospektdə gecikmələrə səbəb yolun keçdiyi yerlərdə çoxlu sayda kommunikasiya xətlərinin olmasıdır. Buna görə də bu xətlərin yenilənməsi üçün digər dövlət qurumlarının ərazidə işləməsini gözləməli olublar. Bu səbəbdən də işlərin görülməsi bir qədər yubanıb. Ancaq artıq kommunikasiya xətləri də çəkilib və yalnız Babək körpüsünün ətrafında kiçik işlər aparılır. Bu işlərin də 2 gün ərzində sona çatacağı gözlənilir. Bundan sonra Babək prospekti tamamilə sürücülərin ixtiyarında olacaq.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












