Babək prospektində yeni çəkilən avtobus zolağı parkinqə çevrilib - VİDEO

Paytaxtın Babək prospektində aparılan yenidənqurma işlərindən sonra artıq yolun bir hissəsində hərəkət bərpa edilib və elə bu hissədə yeni avtobus zolağı salınıb. Amma avtobus zolağı təyinatına uyğun istifadə olunmur. Ərazidə avtomobillər park edilir. Avtosfer.az bildirir ki, genişləndirilərək 4 zolaqlı olan bu yolun bir hissəsində hərəkət bərpa edilib və ərazidə yeni avtobus zolağı salınıb. Sürücülər bu zolağın da Yusif Səfərov və Məhəmməd Füzuli küçələrində çəkilən avtobus zolaqları kimi səmərəsiz olacağını düşünürlər. Bakı Nəqliyyat Agentliyindən isə bildirilir ki, yaxın günlərdə qurum tərəfindən dayanma-durma qaydalarını pozan sürücülərin cərimələnməsinə başlanılacaq və bu zaman bu zolaqlarda da qaydalara əməl edilməsinə ciddi nəzarət olunacaq. Bundan başqa, bu zolaqla hərəkət edən minik avtomobillərinin cərimələnməsində məsul olan digər qurumlar da zolağın tələbini pozan sürücülərə qarşı ciddi inzibati tədbirlər görməlidir ki, istənilən nəticəni əldə etmək mümkün olsun. Qeyd edək ki, bu zolaqla minik avtomobillərinin hərəkəti qadağandır və buna görə yol polisi sürücüləri 40 manat cərimə edə bilər. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən verilən məlumata görə, hazırda bir tərəf üçün uzunluğu 9 kilometr olan Babək prospektinin 5 km-nə yeni asflat qatı çəkilib və işlər davam etdirilir. Növbəti ayın sonuna kimi yolun tam təhvil verilməsi planlaşdırılır. Üstəlik, yeni yolun hər iki tərəfi 4 zolaqlı olacaq.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










