Babək prospektindəki obyektlər təmir olunmuş yola zərər vurur

2018-ci ilin fevral ayından təmirə bağlanan Babək prospektində tikinti-bərpa işləri davam etdirilir. Prospektdə eyni zamanda yolun kənarında yeni obyekt tikilir. Həmin obyektin tikintisi üçün istifadə edilən beton yolun yeni salınan hissəsinə tökülür və beləcə yeni yol istifadəyə verilməmiş yararsız hala düşür.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bu və prospektdəki təmir işlərinin gedişi ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.
A.Nəcəfli deyib ki, Babək prospekti bu ilin sentyabr ayında təhvil veriləcək:
“Artıq 8,7 kilometrlik yolun 5 kilometri təmir olunub. Qalan hissədə təmir işləri davam etdirilir. Hazırda təmir gedən hissədə hərəkət qismət məhdudlaşdırılıb. prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələr qazılaraq kənarlaşdırılıb. Yol yatağının yararsız qruntu təqribən 20 min kv.m sahədə ortalama 0.8-1 m dərinliklə qazılaraq çıxarılıb. Əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və əsas yenidən bərpa edilib”.
O qeyd edib ki, prospektin bir istiqamət üzrə hərəkət hissəsi 16 metrə qədər genişləndirilib:
“Həmçinin, prospektin yenidənqurulması zamanı avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 22 yerdə xüsusi “cib”li hissələrin tikintisi də nəzərdə tutulub”.
Prospektdəki yeni obyektin tikintisi zamanı asfalt örtüyünün zərər görməsinə gəlincə, AAYDA rəsmisi məsələyə yerində baxılacağını, bu halın təsdiqini tapacağı halda, lazımi xəbərdarlıq ediləcəyini vurğulayıb.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












