Babək prospektindən istifadə edən sürücülər MÜTLƏQ BAXSIN - VİDEO

Babək prospektinin girişindən körpünün də üzəri daxil olmaqla ''Ağ şəhər''ə qədər ərazidə köhnə asfalt qatı qaşınır. Avtosfer.az xəbər verir ki, yeni asfalt qatının vurulması növbəti həftə sonuna qədər yekunlaşacaq. Yeni asfalt qatı vurularkən körpünün üzərində hərəkət nəqliyyata bağlanacaq. Köhnə asfalt qatı frezlənərək yük avtomobillərinə yığılır. Görüntülər paytaxtın Xətai rayonu Babək prospektinin girişindəndir. Səhər satlarından etibarən həmin ərazidə işlərə start verilib. İş icraçısının sözlərinə görə, həftənin birinci gününə qədər prospektin girişindən ''Ağ Şəhər'' ə qədər olan yolda köhnə asfalt qatı hər iki istiqamətdə qaşınacaq. Yeni asfalt örtüyü isə hava şəraiti əlverişli olsa gələn həftənin sonuna qədər vuruluacaq. Bu arada uzunluğu 9 km olan Babək prospektinin yenidən qurulması işləri tamamlanmaq üzrədir. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, layihəyə uyğun olaraq prospekt boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün köhnə piyada səkiləri bərpa olunub. Mövcud yol ayrıcı da sökülərək yenidən qurulur. Yol ayrıcının eninin kiçildilməsi prospektin hərəkət hissəsinin genişləndirilməsinə imkan yaradır. Belə ki, prospektin bir istiqamət üzrə hərəkət hissəsi də 16 metrə qədər genişləndirilir. Həmçinin prospektin yenidənqurulması zamanı avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 22 yerdə xüsusi "cib"li hissələr tikilir, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə geriyə dönməsi üçün əlavə zolaqlar və geridönmə hissələr yaradılıb. Ümumilikdə yolun oktyabr ayında tam istifadəyə verilməsi planlaşdırılır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












