Babək prospektinin açılışı ayın sonuna qaldı

"Babək prospektinin açılması oktyabrın sonuna planlaşdırılır". Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O qeyd edib ki, prospektdə kommunikasiya xətləri ilə bağlı işlər tam bitməyənə kimi təmsi etdiyi qurum tərəfindən işlər tam gücü ilə yerinə yetirilə bilməz: “İki həftə bundan əvvəl prospekt boyu kommunikasiya işləri demək olar ki bitib, bəzi hissələrdə isə hələ də qalıb. Bundan sonra biz tam güclə işə başlamışıq. Hazırda prospekt boyunca asfalt örtüyünün sonuncu 3-cü qatı döşənir. Bu proses 15-20 gün davam edəcək.Asfaltlanma işləri ərazilər boyu yekunlaşdıqca xətlənmə və yol nişanlarının quraşdırılması işləri aparılır. Tam olaraq da bu iş ayın sonuna kimi bitəcək”. Qeyd edək ki, A. Nəcəfli bir müddət əvvəl verdiyi açıqlamada sözügedən prospektdə sentyabrın axırı, oktyabrın əvvəlində təmir işlərinin başa çatdırılacağını qeyd etmişdi. Xatırladaq ki, paytaxtın böyük prospektlərindən olan Babək prospekti fevral ayından bağlıdır. Bu prospektin bağlı olmasına görə əsas yük Nobel prospektinin üzərinə düşür və pik saatlarda orada sıxlıq müşahidə olunur.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










