“Babək” tankeri istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasına məxsus “Babək” gəmisi təmir olunub. QSC-dən Avtosfer.az-a verilən məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan tərsanə təmirindən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib. Tankerin baş və köməkçi mühərrikləri əsaslı təmir olunub, sualtı və suüstü hissəsi, maşın şöbəsi təmizlənərək rənglənib. Bundan başqa, gəminin avar valı sazlanaraq yerinə quraşdırılıb, bəzi elektrik avadanlıqları yeniləri ilə əvəzlənib, köhnələri təmir olunub. Eyni zamanda göyərtədə və maşın şöbəsində boruquraşdırma işləri yerinə yetirilib. “Babək” gəmisi artıq istismara qaytarılıb. Məlumat üçün bildirək ki, uzunluğu 149, 9 metr, eni 17,3 metr olan “Babək” gəmisinin yükgötürmə qabiliyyəti 13 min tondur. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Hazırda gəmiqayırmanın yeni nailiyyətləri əsasında “Bakı Gəmiqayırma Zavodu” MMC-də AXDG üçün iki yeni tanker tikilir.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA



















