Bacanağına olan acığını heyvanlardan çıxdı: “Məni buna o vadar etdi” – VİDEO

Qubada qəsdən yanğın törədən şəxs saxlanılıb. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, dekabr ayının 8-də gecə saatlarında Quba Rayon Polis Şöbəsinə rayonun Qorxmazoba kənd sakini Şahbaz Əliverdiyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədə yanğın baş verməsi barədə məlumat daxil olub. Araşdırmalarla hadisənin qəsdən törədildiyi məlum olub. Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayonun Zərdabi qəsəbə sakini, 55 yaşlı Fərahim Ağamirzəyev saxlanılıb.
Dindirilmə zamanı F.Ağamirzəyev əməlini etiraf edərək, zərərçəkənlə aralarında illərdir ədavət olduğunu bildirib. Həmin gecə içkili vəziyyətdə zərərçəkmişə məxsus evin həyətyanı sahəsində yerləşən tövləyə gizlicə daxil olub, orada yanğın hadisəsi törədərək ona maddi ziyan vurmaq istəyib.
Fərahim Ağamirzəyev - Saxlanılan şəxs: "İçkili idim, bacanağımdan qisas çıxmaq üçün gedib tövləsini yandırdım. Mənə pul borclu idi, vermirdi. İçkili olmasaydım, etməzdim. Beynimə düşdü, etdim. Peşmanam, o, özü də peşman olmalıdır. Məni buna vadar edən odur".
Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO










