Bacarığımızı döyüş meydanında göstərmək istəyirik - Pilotlar danışdı - VİDEO

Ötən gün Azərbaycanda keçirilən hərbi parad zamanı möhtəşəm aviaşouları ilə yadda qalan pilotlar təəssüratlarını "Xəzər Xəbər"lə bölüşüblər.
Avtosfer.az-ın məlumatına görə, onlar bir-birindən mürəkkəb, çətin və riskli pilotajları yerinə yetirdilər, Azərbaycan bayrağını Bakı səmasına həkk edərək sevincimizə sevinc qatdılar. Pilotların bu aviaşousu nəinki Azərbaycanda, eləcədə dünyada əks səda doğurdu. Azərbaycan şahinləri ilə söhbətimizdən məlum oldu ki, onlar özləri də möhtəşəm paradın yaratdığı qürurlu və sevincli ab-havanın təsirindədirlər.
Pilotlar deyir ki, paradda göstərdikləri təhlükəli manevrlər böyük ustalıq tələb edir. Onların hər biri öz ustalıqlarını real döyüş meydanında da göstərməyə hazırdırlar. Ən böyük arzuları qələbə bayramını qeyd etməkdir.
Döyüş hazırlıqlarını daim yüksək səviyyədə saxlamaq üçün mütəmadi təlimlər keçən pilotlarımız bu parad üçün də xüsusi hazırlaşıblar. Parada hazırlıq isə təxminən iki ay çəkib və digər döyüş haızrlığı ilə paralel aparılıb.
Pilotlarımız hətta aviaşou zaman kabinədən özləri çəkdikləri görüntüləri də bizə təqdim etdiblər. Bu görüntülərdə onların bir-birinə nə qədər yaxın məsafədə ucduqları və mürrəkkəb manevrləri necə böyük ustalıqla həyata keçirdikləri aydın görünür.
Azərbaycan şahinləri türkiyəli həmkarlarının avişousunu da maraqla izləyiblər. Onlar bildirirlər ki, qardaş ölkənin hərbçiləri ilə tez-tez birgə hərbi təlimlərdə iştirak edir, təcrübə mübadiləsi aparırlar. Nəticədə bu özü də onaların peşəkarlıq səviyyəsinin daha da artması ilə nəticələnir. Bu gün Azərbaycan xalqı öz ordusuna, o cümlədən Hərbi Hava Qüvvələrinə tam güvənə bilər.
Azərbaycanın Hərbi Hava Qüvvələri hərbi əməliyyatlar zamanı istənilən nöqtədə düşmənə sarsıdıcı zərbələr endirmək qabiliyyətinə malikdir. Qırıcı-bombardmançı aviasiya bütün hündürlüklərdə hava hədəflərini məhv etmək, yerləşdiyi məkandan asılı olmayaraq yerüstü obyektlərə və hədəflərə zərbələr endirmək iqtidarındadır. İndi onar bunun üçün Ali Baş Komandanda əmr gözləyir.
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Azərbaycanda güclü zəlzələ olub - FOTO










