Bacısını öldürərək zirzəmidə basdıran şəxsə hökm oxunub

Goranboy rayonunun İrəvanlı kəndində bacısını öldürərək zirzəmidə basdıran şəxsin məhkəməsi başa çatıb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə Goranboy rayonunun İrəvanlı kəndində 6 il əvvəl bacısı, 1983-cü il təvəllüdlü Rəxşəndə Çingiz qızı Hüseynovanı öldürərək basdıran rayon sakini, 1985-ci il təvəllüdlü Aydın Çingiz oğlu Hüseynova hökm oxunub. Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunan A.Hüseynov məhkəmənin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Rəxşəndə Hüseynovanın meyiti bu ilin mart ayında elə A.Hüseynovun yaşadığı evin zirzəmisində aşkarlanıb. Saxlanılan A.Hüseynov dindirilmə zamanı bacısını qısqanclıq zəminində öldürdüyünü və həyətlərindəki yardımçı tikilinin zirzəmisində basdırdığını bildirib. "Bacım düzgün yolda deyildi. Ərindən boşanmışdı. Onu bir neçə dəfə döysəm də, pis işlərdən əl çəkmirdi. Boşandıqdan 3 il sonra bacıma dəfələrlə xəbərdalıq etdim. Ona "səni öldürəcəyəm" demişdim. O isə öz əməlindən əl çəkmirdi. Bir neçə dəfə bacımı başqa kişilərlə telefonla danışdığını görüb möhkəm döymüşdüm. Tez-tez onun başqa kişilərlə gəzdiyini eşidirdim. Hər dəfə belə bir şey eşidəndə onu döyürdüm. Sonuncu dəfə əsəblərimə hakim ola bilmədim və onu boğaraq öldürdüm. Öldürəndən sonra meyiti zirzəmidə basdırdım. Daha sonra bütün qohumlarıma dedim ki, bacımı evdən qovmuşam və o da qaçıb Bakıya gedib. Bir müddətdən sonra qohumlar bacımın axtarışlarına başlandığını görüb onlara bacımın Türkiyədə ailə qurduğunu və bundan sonra orada yaşayacağını dedim", - o qeyd edib. Qeyd edək ki, uşaq vaxtlarından atalarını itirən R.Hüseynova ailədə 2 qardaş və 3 bacı olublar.
DİM-in açıqlaması yalan çıxdı - İmtahana gecikənlər çöldə qldı - FOTO
Yeni tunellər Bakını xilas edəcək? - AÇIQLAMA
Sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti əks etdirmir - AZAL - VİDEO
AZAL Naxçıvan reyslərini bərpa edib
Aylıq normadan artıq yağış yağır - Faktiki hava
Nəqliyyatdan istifadə edəndə buna görə cərimə oluna bilərsiniz - VİDEO
Bakıda WUF13 başlayır - VİDEO
WUF13 ilə bağlı 41,5 kilometrlik xüsusi hərəkət zolağı təşkil edilib
Azərbaycanda növbəti üç gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
Sürücülərdə narazılıq yaradan qoşa xətlə bağlı AYNA-dan açıqlama - VİDEO
İlham Əliyevin Qazaxıstan səfəri başa çatdı - VİDEO










